Nəzərinizə çatdıraq ki, əslində Python proqramlaşdırma dilində verilmiş ədədin onluq say sistemindən ikilik say sisteminə çevrilməsi üçün bin() adlı funksiya nəzərdə tutulmuşdur:
>>> bin(5) '0b101' >>> bin(10) '0b1010' >>>
Bu dərsimizdə sözügedən çevrilmənin alqoritmini nəzərdən keçirəcəyik. Onluq say sistemindəki ədədi ikilik say sisteminə çevirmək üçün 2-yə bölünmələrdən əldə olunan qalıqları tapmaq lazımdır. Bu zaman öncəki addımda tam bölmədən əldə olunan qismət sonrakı addımda bölünən rolunda çıxış edir. Bölmə əməliyyatı bölünən ədəd sıfıra çevrilənə qədər davam etdirilir. Alınmış qalıqları sondan əvvələ doğru ardıcıllıqla yazmaqla onluq ədədin ikilik say sistemindəki yazılışını əldə edirik.
Gəlin 10-luq say sistemindəki 8 ədədini 2-lik say sisteminə çevirək:
- 8 / 2 = 4, qalıq 0
- 4 / 2 = 2, qalıq 0
- 2 / 2 = 1, qalıq 0
- 1 / 2 = 0, qalıq 1
- 0 – bölmənin sonu
- Nəticə: 10002
Alqoritmi proqramlaşdırma dilində tərtib edərkən alınan qalıqları bir araya toplamaq üçün sətir tipli dəyişəndən istifadə edə bilərsiniz.
n = int(input()) b = '' while n > 0: b = str(n % 2) + b n = n // 2 print(b)
Proqram icrasının nümunələri:
8 1000
11 1011