Bildiyiniz kimi sadə ədədlər yalnız birə və özünə bölünən ədədlərdir. Məsələn 3 ədədi sadə ədəddir, çünki ancaq 1 və 3 ədədlərinə bölünür. 4 ədədi isə mürəkkəb ədəddir, çünki 1 və 4 ədədlərindən başqa həm də 2 ədədinə bölünür.
Ədədin sadə olub-olmadığını tapmaq üçün bir neçə alqoritmdən istifadə olunur. Bu dərsimizdə biz bölünənlərin götürülməsi alqoritmini nəzərdən keçirəcəyik. Bölünənlərin götürülməsi alqoritmində verilmiş natural ədəd 2-dən başlayaraq öz kvadrat kökünə qədər (daxil olmaqla) bütün tam ədədlərə bölünür. Əgər bu bölənlərdən heç olmazsa biri verilmiş ədədi qalıqsız bölürsə, deməli baxılan ədəd mürəkkəb ədəddir. Yox əgər verilmiş ədəd göstərilən aralıqdakı ədədlərə qalıqlı bölünürsə, deməli baxılan ədəd sadə ədəddir.
from math import sqrt n = int(input()) if n < 2: print("Ədəd 1-dən böyük olmalıdır!") elif n == 2: print("Sadə ədəd") else: limit = int(sqrt(n)) i = 2 m = True while i <= limit: if n % i == 0: print("Mürəkkəb ədəd") m = False break i += 1 if m: print("Sadə ədəd")
Proqram icrasının nümunələri:
1 Ədəd 1-dən böyük olmalıdır!
17 Sadə ədəd
196 Mürəkkəb ədəd