map() funksiyası verilmiş funksiyanı verilmiş ardıcıllığın (siyahı, kortej və s.) hər bir elementinə tətbiq edir və nəticəni map obyekti (ardıcıllıq) olaraq qaytarır.
Funksiyanın sintaksisi aşağıdakı kimidir:
map(func, iter)
Burada func tətbiq edilən funksiyadır, iter isə func funksiyasının tətbiq ediləcəyi ardıcıllıqdır.
Qeyd: map() funksiyasının qaytardığı nəticəni daha sonra list() və set() kimi funksiyalara ötürmək mümkündür.
Aşağıda map() funksiyasının istifadəsi ilə bağlı nümunələr verilmişdir:
>>> float_numbers = [1.2, 3.7, 5.8] >>> result = map(int, numbers) >>> print(list(result)) [1, 3, 5] >>>
def calculateSquare(n): return n*n numbers = (1, 2, 3, 4) result = map(calculateSquare, numbers) numbersSquare = set(result) print(numbersSquare)
Yuxarıdakı nəticəni map() funksiyasını lambda ifadə ilə istifadə etməklə də əldə etmək olardı:
numbers = (1, 2, 3, 4) result = map(lambda x: x * x, numbers) numbersSquare = set(result) print(numbersSquare)