Bir qiymət və ya dəyişənin verilmiş ardıcıllıq (sətir, siyahı və kortej) və ya kolleksiyanın (çoxluq və lüğət) üzvü olub-olmadığını yoxlamaq üçün üzvlük operatorlarından istifadə olunur. Python proqramlaşdırma dilində iki üzvlük operatoru mövcuddur: in (daxildir) və not in (daxil deyil):
Gəlin aşağıdakı misalları nəzərdən keçirək:
>>> s = "Dərbənd" >>> z= [1, 2, 3] >>> k= ('a', 'b', 'c', 'd', 'e') >>> f = "bənd" >>> n = 4 >>> t = 'g' >>> f in s True >>> n in z False >>> t not in k True >>>
Gördüyünüz kimi, əgər dəyişənin aldığı qiymət ardıcıllıqda tapılırsa ifadənin nəticəsi True, əks halda False olur.