Latın əlifbasının böyük hərflərindən ibarət sətirə baxacağıq. Məsələn: AAAABCCCCCDDDD. Bu sətirin uzunluğu 14-ə bərabərdir. Burada təkrarlanan simvollar silinərək həmin simvolların təkrarlanma sayını göstərən ədəd və bu simvolun özü ilə əvəz edilir. Yuxarıda verilmiş sətir 4AB5C4D kimi göstərilə bilər. Təsvir edilən metodu sətirlərin yığılması adlandıracağıq.
Yığılmış sətiri götürərək, onun ilkin sətirini bərpa edən proqramı tərtib edin.
Giriş verilənləri
Giriş verilənləri bir yığılmış sətirdən ibarətdir. Həmin sətirlərin maksimum uzunluğu 80-i aşmır.
Çıxış verilənləri
Bərpa edilən sətir.
Nümunələr
Giriş verilənləri | Çıxış verilənləri |
3A4B7D | AAABBBBDDDDDDD |
12AB | AAAAAAAAAAAAB |
Proqramı özünüz tərtib etməyə çalışın. Əgər alınmasa, aşağıdakı həll ilə tanış olun.