İnterpretator (ing. interpreter) proqramlaşdırma və ya skript dillərində yazılmış instruksiyaları (qaynaq kodu) aralıq dilə tərcümə edib sonra icra edən proqramdır.
Kompilyatordan fərqli olaraq interpretator bütün qaynaq kodunu bir dəfəyə maşın dilinə çevirərək obyekt modulunu meydana gətirmir. İnterpretator qaynaq kodunu sətir-sətir translasiya edərək icra edir.
İnterpretatorun ümumi iş prinsipi aşağıda təsvir olunmuşdur:
İnterpretatorların müsbət cəhətləri:
- Əməliyyat Sistemlərindən asılı olmaması.
- Dəyişikliklər zamanı yenidən kompilyasiyaya ehtiyacın olmaması.
İnterpretatorların mənfi cəhətləri:
- Proqramın çalışması üçün kompüterdə interpretatorun olması.
- İşləmə sürətinin nisbətən aşağı olması.