ascii() funksiyası

  ascii() funksiyası verilmiş obyekti (sətir, siyahı, kortej və s.) çap ediləbilən sətir şəklində qaytarır. Bu zaman qeyri-ASCII simvollar \x, \u və ya \U çıxışları vasitəsilə ekranlaşdırılır.

Funksiyanın sintaksisi aşağıdakı kimidir:

ascii(object)

   Burada object sətir, siyahı, kortej və s. tipdə ola bilər.

Aşağıda ascii() funksiyasının istifadəsi ilə bağlı nümunələr verilmişdir:

>>> print(ascii("Azərbaycan"))
'Az\u0259rbaycan'
>>> print(ascii("Odlar Yurdu"))
'Odlar Yurdu'
>>> 

   Birinci misaldaki sətirdə ə hərfi qeyri-ASCII simvol olduğuna görə u0259 ilə əvəz edilir.