
Kərim Tahiroğlu
1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2001-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının İPA fakültəsini Kompüter Mühəndisliyi ixtisası üzrə bitirmişdir.
İlk pedaqoji fəaliyyətinə 2004-cü ildə Qafqaz Özəl Gimnaziyasında informatika müəllimi kimi başlamışdır.
Rəhbərliyi altında şagirdlər Infomatrix, Biteko, Ebiko kimi beynəlxalq kompüter layihə yarışmalarında (2004, 2005 və 2018) iştirak etmiş, ümumilikdə 2 qızıl və 5 bürünc medal qazanmışlar.
2011-ci ildə Azərbaycan Texniki Universitetinin AKT fakültəsində Kompüter Elmləri ixtisası üzrə magistr pilləsinə yiyələnmişdir.
2013-cü ildə Qafqaz Universitetində mühazirəçi olmuşdur.
2014-cü ildə Milli Aviasiya Akademiyasında mühazirəçi olmuşdur.
2016-ci ildə Azərbaycan Universitetində mühazirəçi olmuşdur.
2017-ci ildə Bakı Mühəndislik Universitetində mühazirəçi olmuşdur.
Müxtəlif dövrlərdə bir sıra müəssisələrdə kompüter mühəndisi – proqramçı ixtisası üzrə vəzifələrdə çalışmışdır.
İKT sahəsində fəaliyyət göstərən MilliByte MMC-ni təsis etmiş və 11 il bu şirkətə rəhbərlik etmişdir.
“Python ilə Proqramlaşdırma” (Şərq-Qərb Nəşriyyatı 2016-ci il, 246 səh.) kitabının müəllifidir.
2017-2018-ci illərdə Akademik Zərifə Əliyeva adına liseyin İKT üzrə direktor müavini və informatika müəllimi olaraq çalışmışdır.
2018-2020-ci illərdə Nigeriya’nın paytaxtı Abuja şəhərində özəl bir şirkətdə proqramçı olaraq çalışmışdır.
2020-ci ildən Laos’un paytaxtı Vientiane şəhərində özəl bir şirkətdə İKT Departamentinin müdiri vəzifəsində işə başlamışdır.
Ailəlidir, iki övladı var.