Riyaziyyatdan da bildiyiniz kimi ən kiçik ortaq bölünən (ƏKOB) – iki natural ədədin hər birinə qalıqsız bölünən natural ədədlərdən ən kiçiyidir. ƏKOB-u tapmaq üçün aşağıdakı qaydadan istifadə olunur:
- Ədədlər sadə vuruqlara ayrılır;
- Bu ədədlərdən birinin ayrılışı götürülür;
- O biri ədədlərin ayrılışlarından birincisinin ayrılışında olmayan vuruqlar götürülür və birinci ədədin vuruqlarının yanına yazılır;
- Alınmış vuruqların hasili tapılır.
Proqramlaşdırmada isə ƏKOB-u tapmaq üçün aşağıda göstərəcəyimiz iki üsuldan istifadə edirlər. Gəlin hər iki üsulu nəzərdən keçirək.
Birinci üsulda aşağıdakı alqoritmdən istifadə olunur:
mas = list(map(int, input().split())) a, b = mas[0], mas[1] if a > b: z = a else: z = b while True: if (z % a == 0) and (z % b == 0): lcm = z break z += 1 print(lcm)
İkinci üsulda isə biz bu ədədlərin ƏBOB-undan istifadə edəcəyik. Bildiyiniz kimi verilmiş iki ədədin ƏBOB və ƏKOB-ları arasında aşağıdakı münasibət vardır:
a * b = ƏBOB(a,b) * ƏKOB(a,b)
Belə olan halda verilmiş iki natural ədədin ƏKOB-unu onların hasilini ƏBOB-larına bölməklə də tapmaq olar:
mas = list(map(int, input().split())) a, b = mas[0], mas[1] c = a*b # Öncə ədədlərin ƏBOB-unu tapırıq. while a != b: if a > b: a = a - b else: b = b - a print (c//a)
Hər iki proqramın kodunu incələyin, daha sonra skriptdə yazın və icra edin.