Ədədin sadə vuruqlara ayrılması alqoritmi ədədin sadəliyinin yoxlanılması alqoritminə bənzəyir. Verilmiş n ədədinin ardıcıl şəkildə 2-dən başlayaraq natural ədədlərə bölünməsini yoxlayacağıq. Əgər natural ədəd olan i verilmiş n ədədini qalıqsız bölürsə, onda həmin natural ədədi sadə vuruqlar siyahısına əlavə edəcəyik. Bölünmənin nəticəsini isə n dəyişəninə mənimsədəcəyik. Bölünmə qalıqsız davam etdiyi müddətcə i bölənini sabit saxlayacağıq, qalıq alındıqda onu bir vahid artıracağıq.
Alqoritmi √n olana qədər davam etdirmək lazımdır. Əgər sonda n ədədi 1-ə bərabər olmazsa, deməli o sadə ədəddir. Çünki kvadrat kökündən böyük olmayan heç bir ədədə bölünmür. Odur ki, onu da sadə vuruqlar siyahısına əlavə etmək lazımdır.
n = int(input()) m = [] i = 2 while i * i <= n: if n % i == 0: m.append(i) n = n // i else: i+=1 if n > 1: m.append(n) for i in m: print(i, end=" ")
Proqram icrasının nümunələri:
130 2 5 13
270 2 3 3 3 5