Kitabın Mündəricatı

   Python ilə Proqramlaşdırma kitabının materialı çox anlaşıqlıdır. Mövzular sadədən mürəkkəbə doğru sıralanıb və oxucuya addım-addım prinsipi ilə çatdırılır.

Book_15

M Ü N D Ə R İ C A T


Bu Kitab Niyə Yazıldı
Təşəkkürlər
Nəyə Görə Python?

1-ci ADDIM

Gəlin Başlayaq
İnstalyasiya
IDLE – İşləmə Mühiti
İlk Proqram

2-ci ADDIM

Dəyişənlər
Dəyişənlərin Adları
Rezerv Sözlər
input() Funksiyası

3-cü ADDIM

Mənimsətmə Operatoru
Çoxlu Mənimsətmə
Tiplər
Tiplərin Müəyyən Edilməsi
Tip Çevrilmələri

4-cü ADDIM

Şərhlər
İfadələr
Operator və Operandlar
Sadə Riyazi Əməllər
Əməliyyatların Ardıcıllığı
Mürəkkəb İfadələr

5-ci ADDIM

Müqayisə Operatorları
Məntiqi İfadələr və Məntiq Tipi
Məntiq Operatorları
Şərt Operatoru
Çoxlu Budaqlanma
İç-içə Budaqlanma
Natamam Budaqlanma

6-cı ADDIM

Sətirlər
Siyahılar
Kortejlər
Üzvlük Operatorları
Dövr Operatorları
Sayğaclı Dövr
İç-içə dövrlər
Şərtli Dövr
Sonsuz dövrlər

7-ci ADDIM

Ədəd Tipləri
Mənimsətmə Operatorları
Unar Hesab Operatorları
Bit Operatorları
İdentiklik Operatorları
Çoxluq Tipləri
Lüğət Tipi

8-ci ADDIM

Funksiyalar
Funksiya Arqumentləri
Qaytarılan Qiymətlər
Lokal və Qlobal Dəyişənlər
İç-içə Funksiyalar
Qeyri-lokal Dəyişənlər
Rekursiyalar
Funksiyaların Sənədləşdirilməsi
Annotasiyalar
Dekoratorlar
Anonim Funksiyalar
Generatorlar

9-cu ADDIM

Modullar
Modulların Yeri
Adlar Siyahısı
Modulların Hazırlanması
Yenidən Yüklənmə
Modulların Kompilyasiyası
Modulların Skript Kimi İcrası
Paketlər

10-cu ADDIM

Fayllar
Fayl Metodları
Çıxışların Formatlaşdırılması
Formatlaşdırmanın Köhnə Üsulu
Formatlaşdırmanın Yeni Üsulu
str() və repr()
ord() və chr()
Unicode Məsələsi

11-ci ADDIM

Massivlər
Baytlar Ardıcıllığı
Baytlar Massivi
Generator-ifadələr
with operatoru
pass operatoru

12-ci ADDIM

Obyekt Yönümlü Proqramlaşdırma
Siniflər
Obyektlər
Atributlar
__init__() metodu
Sinif və Nümayəndə Dəyişənləri
staticmethod və classmethod
Sinifdən Kənar Elanlar
Varislik
Çoxlu Varislik
Son Olaraq

ƏDƏBİYYAT

Təşəkkürlər

Böyüyəndə proqramçı olacağına söz verən
qızım Fəridəyə ithaf olunur…

thank-you-515514

   Hər şeydən öncə Allaha şükür edirəm ki, mənə bu kitabı yazmaq üçün ağıl, güc və qüvvə verdi.

   Bizim proqramçı kimi yetişməyimizdə rolu olan dəyərli insan və ən yaxşı proqramlaşdırma müəllimi Ramin Mahmudzadəyə öz təşəkkürümü bildirirəm.

   Python dilini öyrənməyimə səbəb olan və dolayısıyla bu kitabı yazmağıma vəsilə olan dəyərli dostlarıma da öz minnətdarlığımı bildirirəm.

   Heç bir kitab korrektor olmadan ərsəyə gələ bilməz. Odur ki, mən Mətanət xanıma da çəkdiyi əziyyətə görə çox sağol deyirəm.

   Bu kitabın işıq üzü görməsində əvəzsiz rolu olan “Şərq-Qərb” Nəşriyyat Evinə təşəkkür edirəm.

   Həyatım boyunca və kitabı yazdığım müddət ərzində mənə dəstək olan həyat və can yoldaşım Gülsüm xanıma da öz minnətdarlığımı bildirirəm.

   Bəlkə də heç kim özünə təşəkkür etməz, amma təmbəlliyin daşını atıb kitab yazmağa qərar verən özümə də çox sağol deyirəm.

   Və sonda Siz dəyərli oxucularıma da öz təşəkkürlərimi bildirirəm. Siz olmasaydınız bu kitabı yazmayacaqdım…

 

Bu Kitab Niyə Yazıldı

   Əslində proqramlaşdırma ilə bağlı bir kitab yazmağı mən çoxdan istəyirdim. Çünki indiyə qədər öyrəndiyim proqramlaşdırma dillərini əsasən ingilis və rus dilli mənbələrdən öyrənmişəm. Və hər dəfə də belə kitablar əlimə keçəndə arzulamışam ki, kaş bizim dildə də bu cür kitablar olaydı… İnsaf xatirinə onu da qeyd edim ki, daha sonra Azərbaycan türkcəsində də proqramlaşdırmaya dair kitablara rast gəldim. Amma bu kitabların böyük əksəriyyəti sanki oxucuları yola vermək üçün yazılmışdı. Və belə olan halda mən düşündüm ki, əgər başqalarının kitablarını bəyənmirəmsə niyə də özüm bir kitab yazmayım.

coffee-2425294_1920

   Ümumiyyətlə proqramlaşdırmaya dair kitabları əsasən iki qismə bölmək olar: məlumat kitabçaları və özü öyrənənlər üçün dərs vəsaitləri. Məlumat kitabçası mahiyyətində olan kitablarda hər şey var, amma bu hər şey yeni başlayanlar üçün demək olar ki, heç nə vermir. Çünki bu cür kitablarda mövzular öyrətmək məqsədilə sıralanmır, sorğu və məlumat kitabçalarının ruhuna uyğun şəkildə yerləşdirilir. Yeni başlayanlar üçün bu kitablar yaramır. İkinci kateqoriya kitablar isə, yəni özü öyrənənlər üçün nəzərdə tutulan dərsliklər yeni başlayanlar üçün daha münasib hesab olunur. Amma burda da çox zaman bir əmma ortaya çıxır. Belə ki, özü öyrədən kitabların dili əksər vaxt çox qəliz olur, oxuyursan oxuyursan çətin başa düşürsən və bir müddət sonra sənə bu proqramlaşdırma o qədər qəliz gəlməyə başlayır ki, artıq onun daşını atmağı düşünürsən…

   Mən isə proqramlaşdırma kitabları haqda məsələyə daha fərqli yanaşıram. Əgər məqsəd öyrətməkdirsə, o zaman niyə bunu sadə dillə etməyək? Axı bu kitablar sadə insanlar üçün yazılır, onlar bundan istifadə edəcək. Lakin əksər kitabların dili akademikdir. Müəlliflər sanki özlərini akademik dairələrə, öz həmkarlarına göstərməyə çalışırlar ki, baxın mən də elmi cümlələr qura bilirəm, mən də bol-bol terminologiyadan istifadə etməyi bacarıram və s. Və nəticədə bu elmi dairələr və həmkarlar bu kitablardan razı qalır, amma sadə oxucular bu kitaba pul verdiklərinə peşman olurlar. Bax elə buna görə də mən düşünürəm ki, proqramlaşdırma kitabı çox sadə bir dil ilə öz oxucusuna müraciət etməlidir. Cümlələr qısa və aydın olmalıdır. Oxucu isə oxuduğu hər cümləni rahatlıqla anlamalı və tətbiq edə bilməlidir. Və başqa önəmli bir məqam da o olmalıdır ki, izah edilən mövzular yalnız sadədən mürəkkəbə doğru düzülməsin, həm də onlar izah olunarkən o an üçün lazım olan biliklər verilsin, oxucu da informasiya yığını altında qalıb əzilməsin.

   Bütün bu deyilənləri nəzərə alaraq mən də məhz belə bir kitab yazmağa qərar verdim ki, proqramlaşdırmanı öyrənmək istəyənlər bundan sonra yarı yolda qalmasınlar. Bu kitabı yazarkən çalışdım ki, indiyə qədər oxuduğum ən yaxşı kitablar, pedaqoji fəaliyyətimdə istifadə etdiyim tədris metodları və eləcə də gündəlik peşəkar həyatımda tətbiq etdiyim bacarıqlar bu tədris vəsaitində öz əksini tapsın və Sizə də faydalı olsun…

Bloqa Xoş Gəlmisiniz

   Müəllifi Kərim Tahiroğlu olan bu kitab Python proqramlaşdırma dili ilə bağlı Azərbaycan dilində nəşr edilmiş ilk ədəbiyyatdır.

Book_09

   Nüfuzlu TIOBE Proqramlaşdırma İcmasının məlumatlarına görə Python hazırda dünya üzrə ilk onluqda yer alan populyar proqramlaşdırma dili sayılır. Python dili 1991-ci ildə Guido van Rossum tərəfindən işlənib hazırlanmışdır. Proqramlaşdırmanın müasir tələblərinə cavab verən bu dil universaldır. Bu gün Google, Intel, CISCO, Hewlett-Packard, Qualcomm, IBM və NASA kimi qurumlar bir çox layihələrini Python dilində işləyib hazırlayırlar. Python dili pulsuz olaraq yayılır. Bu dili öyrənmək asan və əyləncəlidir. Odur ki, Python dili nəinki peşəkar proqramçılar tərəfindən istifadə olunur, eləcə də həvəskarlar, məktəblilər də bu dilin imkanlarından geniş surətdə faydalanırlar. Əgər proqramlaşdırmaya yeni başlayırsınızsa, o zaman Python dili tam Sizə görədir.

   Sizə təqdim edilən bu kitab ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri və ümumiyyətlə proqramlaşdırmanı öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulmuşdur.

   Bu bloqda isə Sizləri bir-birindən maraqlı məlumtlar, proqramlar və əlbəttə ki, dərslər gözləyir. Kitab və bloqla bağlı öz düşüncələrinizi, təklif və rəylərinizi müəlliflə bölüşə bilərsiniz. Sizə uğurlar 🙂


Aprel 2021 üçün TIOBE İndeksi