Şahmat taxtası və düyü anbarı

   Günlərin bir günü bir rahib bir padşaha şaxmat oyunu öyrədir. Oyundan xoşlanan padşah rahibə bu yaxşılığına görə bəxşiş vermək istəyir. Padşah rahibə nə arzusu olduğunu soruşur. Rahib əvvəlcə heç nə istəmədiyini desə də, padşahın təkidiylə belə bir istəyini dilə gətirir:

   – Padşahım, bu gördüyün şahmat taxtasının 64 xanası var. Anbardara əmr et ki, 1-ci xanaya 1 düyü dənəsi qoysun, 2-ci xanaya 1-ciyə qoyduğunun iki mislini qoysun, 3-cü xanaya da 2-ci xanaya qoyduğunun iki mislini qoysun və bu qayda ilə sonuncu olan 64-cü xanaya qədər şahmat taxtasına düyüləri qoymağa davam etsin.

GEA0025

   Bu istəyin üzərinə padşah rahibə deyir:

   – Mən sənə dilə məndən nə dilərsən dedim, sən isə bir şahmat taxtası qədər düyü istədin. Sənin istəyin yerinə gətiriləcək!

   Padşah bu cür sadə istəyə ürəyində gülüb vəzirini yanına çağırır və rahibi onunla bərabər anbara göndərir. Vəzir anbardara rahibin istəyini və padşahın əmrini bəyan etdikdən sonra anbardan ayrılır. Anbardar və köməkçiləri işə başlayır. Saatlar keçdikdən sonra anbardar təlaşla vəzirin yanına qaçır və bu gedişlə anbarın boşalacağını amma rahibin istədiyi qədər düyünü verə bilməyəcəklərini deyir. Vəzir də öz növbəsində hal-qəziyyəni padşaha bildirir. Eşitdiklərinə inana bilməyən padşah sarayın bütün hesabdarlarını səfərbər edir və rahibə nə qədər düyü lazım olduğunu hesablamalarını əmr edir. Bir-iki gün keçir, uzun haqq-hesabdan sonra baş hesabdar padşahın hüzuruna gəlib bəyan edir:

   – Padşahım, əmriniz üzərinə gecə-gündüz hesabladıq və məlum oldu ki, rahibin istəyini yerinə gətirmək üçün nə az nə çox düz 18446744073709551615 dənə düyü lazımdır. Bu qədər düyü isə nəinki bizim anbarımızda, heç bütün ölkəmizdə yoxdur. Hətta gələcək illərin məhsullarını da versək, yenə də bu miqdarı təmin edə bilməyəcəyik.

   Əziz proqramçılar. Nağılın bundan sonrası bizi maraqlandırmır. Gəlin bu məsələnin proqramını tərtib edək və 18446744073709551615 sayısının necə əldə edildiyini müəyyən edək.

Screen Shot 2018-12-03 at 00.35.09