Sifariş

Python-1İlk dəfə Azərbaycan dilində olan bu kitabla artıq proqramlaşdırma öyrənə bilməyən qalmayacaq!

Siz hələ də proqramlaşdırmanı öyrənə bilməmisiniz?

Kompüter Elmləri, İnformasiya Texnologiyaları və digər İT ixtisasları üzrə ali məktəbdə oxuyan tələbələrin nəzərinə!

– Sizə universitetdə proqramlaşdırmanı öyrətmirlər?
– Proqramlaşdırmanı sərbəst şəkildə öyrənmək Sizə çətin gəlir?
– Bahalı Proqramlaşdırma kurslarına getməyə pulunuz yoxdur?

O zaman bu kitab tam Sizə görədir.

Nüfuzlu TIOBE Proqramlaşdırma İcmasının məlumatlarına görə Python hazırda dünya üzrə ilk onluqda yer alan populyar proqramlaşdırma dili sayılır.

Python dili 1991-ci ildə Guido van Rossum tərəfindən işlənib hazırlanmışdır. Proqramlaşdırmanın müasir tələblərinə cavab verən bu dil universaldır. Bu gün Google, Intel, CISCO, Hewlett-Packard, Qualcomm, IBM və NASA kimi qurumlar bir çox layihələrini Python dilində işləyib hazırlayırlar. Python dili pulsuz olaraq yayılır. Bu dili öyrənmək asan və əyləncəlidir. Odur ki, Python dili nəinki peşəkar proqramçılar tərəfindən istifadə olunur, eləcə də həvəskarlar, məktəblilər də bu dilin imkanlarından geniş surətdə faydalanırlar.

Əgər proqramlaşdırmaya yeni başlayırsınızsa, o zaman Python dili tam Sizə görədir.

Kitab kimlər üçündür?

– Kompüter Elmləri, İnformasiya Texnologiyaları və digər İT ixtisasları üzrə ali məktəbdə oxuyan tələbələr;
– İnformatika müəllimləri;
– Orta məktəb şagirdləri;
– Proqramlaşdırmanı sərbəst şəkildə öyrənmək istəyənlər.

Kitab nə öyrədir?

– Proqramlaşdırma məntiqi;
– Alqoritmləşdirmə;
– Python dilinin əsasları + Obyektyönümlü Proqramlaşdırma.

Kitabın üstün cəhətləri nədir?

– Özü öyrənənlər üçün nəzərdə tutulub;
– Asan və anlaşıqlı izaholunma dili;
– Sadədən mürəkkəbə mövzu ardıcıllığı;
– Bol-bol misallar (proqramlar)

Mütəxəssislər bu kitabı məsləhət görür:

– Bu kitab beyninizi proqramlaşdırmanı öyrənməyə proqramlayacaq…
(Ramin Orucov, itcity.academy – həmtəsisçi)

– Bu kitab Sizə Python proqramlaşdırma dilini həqiqətən də 12 addımda öyrədəcək…
(Tural Nağı, FHN – sektor müdiri, proqramçı)

– Bu kitab proqramçı olmaq istəyənlərin görən gözü və düşünən beyni olacaq…
(Samir Səlimxanov, SİNAM – proqramçı)

– Bu kitab informatika fənninə olan münasibəti dəyişəcək…
(Naidə İsayeva, 283 saylı orta məktəb – informatika müəllimi)

– Bu kitabdan sonra Azərbaycanın Beynəlxalq İnformatika Olimpiadalarındakı nəticələri xeyli yaxşılaşacaq…
(Etibar Seyidzadə, Bakı Mühəndislik Universiteti – müəllim)

Kitab eksklüzivdir, kitab mağazalarında satılmır. Kitabı əldə etmək istəyənlər 050 3066335, 055 2189140 nömrələri ilə əlaqə saxlaya bilərlər. Çatdırılma daxil kitabın qiyməti 22 manatdır. Kitab Azərbaycanın istənilən bölgəsinə çatdırıla bilər.

button_sifaris