Rəylər

– Bu kitab beyninizi proqramlaşdırmanı öyrənməyə proqramlayacaq…

Ramin Orucov
itcity.academy, həmtəsisçi

* * *

– Bu kitab Sizə Python proqramlaşdırma dilini həqiqətən də 12 addımda öyrədəcək…

Tural Nağı
FHN, proqramçı

* * *

– Bu kitab proqramçı olmaq istəyənlərin görən gözü və düşünən beyni olacaq…

Samir Səlimxanov
SİNAM, proqramçı

* * *

– Bu kitab informatika fənninə olan münasibəti dəyişəcək…

Naidə İsayeva
283 saylı məktəb, müəllim

* * *

– Bu kitabdan sonra Azərbaycanın Beynəlxalq İnformatika Olimpiadalarındakı nəticələri xeyli yaxşılaşacaq…

Etibar Seyidzadə
BMU, müəllim

* * *

– Python proqramlaşdırma dilinin öyrənilməsi üçün ən sadə dildə yazılmış və çox praktik kitabdır. Bu kitab vasitəsilə sərbəst olaraq python dilini öyrənmək mümkündür. Orta məktəb şagirdləri və müəllimləri üçün də çox yararlıdır.

Günay Çəndirli
İTE, təlimçi-metodist

* * *

– Proqramlaşdırma sahəsində ölkəmizdə hazırda mövcud olan ən ciddi problemlərdən biri də Azərbaycan dilində ədəbiyyatın olmamasıdır.  Sadə və anlaşıqlı dildə yazılmış bu kitab sözügedən boşluğu doldurmaq adına olduqca vacib və əhəmiyyətli bir resursdur. Bu baxımdan da nəinki peşəkar proqramçılar, hətta məktəblilər və bu sahə ilə maraqlanan gənclər kitabdan istifadə etməklə asanlıqla Python dilinə yiyələnə bilərlər. Düşünürəm ki bu kitab informatikanın tədrisinin təkmilləşdirilməsində əhəmiyyətli rol oyanayaq, informatika müəllimləri və informatika olimpiadasına hazırlaşanlar üçün faydalı bir resursa çevriləcək.

Osman Gündüz
AİF, prezident

* * *

– Python dili haqqında Azərbaycan dilində hazırlanmış bu kitab proqramlaşdırmanı öyrənmək istəyib, lakin xarici dil biliyi zəif olduğu üçün heç cürə öyrənə bilməyənlər üçün çox gözəl imkandır. Kitab sadə və anlaşıqlı yazıldığı üçün ixtisasından asılı olmayaraq hər kəs oxuyub başa düşə bilər.

Ramil Əliyev
TaygaTech, proqramçı

* * *

– Python dünyada proqramlaşdırma dilləri arasında ilk sıralarda yer alır. Təkcə bu fakt bu dili öyrnənmək üçün bəs edir. Elə isə Python dilini öyrənməyə bu kitabla başlayın. Seçiminizdə yanılmadığınızı görəcəksiniz…

Tural Rzaxanov
HelloDigital, proqramçı