Müəllif

Kərim Tahiroğlu   

   1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.

   2001-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının İPA fakültəsini Kompüter Mühəndisliyi ixtisası üzrə bitirmişdir.

   İlk pedaqoji fəaliyyətinə 2004-cü ildə Qafqaz Özəl Gimnaziyasında informatika müəllimi kimi başlamışdır.

   Rəhbərliyi altında şagirdlər Infomatrix, Biteko, Ebiko kimi beynəlxalq kompüter layihə yarışmalarında (2004, 2005 və 2018) iştirak etmiş, ümumilikdə 2 qızıl və 5 bürünc medal qazanmışlar.

   2011-ci ildə Azərbaycan Texniki Universitetinin AKT fakültəsində Kompüter Elmləri ixtisası üzrə magistr pilləsinə yiyələnmişdir.

   2013-cü ildə Qafqaz Universitetində mühazirəçi olmuşdur.

   2014-cü ildə Milli Aviasiya Akademiyasında mühazirəçi olmuşdur.

   2016-ci ildə Azərbaycan Universitetində mühazirəçi olmuşdur.

   2017-ci ildə Bakı Mühəndislik Universitetində mühazirəçi olmuşdur.

   Müxtəlif dövrlərdə bir sıra müəssisələrdə kompüter mühəndisi – proqramçı ixtisası üzrə vəzifələrdə çalışmışdır.

   İKT sahəsində fəaliyyət göstərən MilliByte MMC-ni təsis etmiş və 11 il bu şirkətə rəhbərlik etmişdir.

   “Python ilə Proqramlaşdırma” (Şərq-Qərb Nəşriyyatı 2016-ci il, 246 səh.) kitabının müəllifidir.

   2017-2018-ci illərdə Akademik Zərifə Əliyeva adına liseyin İKT üzrə direktor müavini və informatika müəllimi olaraq çalışmışdır.

   2018-2020-ci illərdə Nigeriya’nın paytaxtı Abuja şəhərində HONORIS şirkətində proqramçı olaraq çalışmışdır.

2020-2023-cü illərdə Laos’un paytaxtı Vientiane şəhərində ISL Vientiane şirkətində İKT Departamentinin müdiri vəzifəsində çalışmışdır.

2023-cü ilin sentyabrından Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən SmartTech İnnovatorlar Mərkəzinin direktoru vəzifəsində işə başlamışdır.

Ailəlidir, iki övladı var.