Bankomat

   Günümüzdə nəğdsiz ödəniş sistemləri get-gedə daha da yayılır. Amma bəzi hallarda ödəniş etmək üçün yenə də nəğd pula ehtiyacımız olur. Bank və kart hesabımızdan nəğd pulu çəkmək üçün isə bankomatlardan istifadə edirik.

atm-2923515_1280

   Əksər hallarda bankomatlarda hər əskinasdan kifayət qədər olur. Biz pul çıxarmaq istəyəndə bankomat bizə istədiyimiz məbləği adətən ən az əskinaslarla verir. Məsələn deyək ki, tələb etdiyimiz məbləğ 376 manatdır. Bu zaman bankomat bizə hər birindən bir ədəd olmaqla 200, 100, 50, 20, 5 və 1 manatlıq əskinas verəcək. Beləliklə əgər bankomatda hər əskinasdan kifayət qədər varsa, o bizə 376 manatı 6 ədəd əskinasla vermiş olacaq. Aydın məsələdir ki, əgər bankomatda 200 manatlıq əskinas olmasa, o zaman bizə 100, 100, 100, 50, 20, 5 və 1 manatlıqlar təqdim olunacaq. Bu da artıq 7 ədəd əskinas deməkdir. İndi isə gəlin bankomatın bu xüsusiyyətinin alqoritmini tərtib edək. Bu zaman fərz edək ki, bankomatda hər əskinasdan kifayət qədər var və müştərinin nəğd pul tələbini ödəmək üçün bankomat ən az sayda əskinas verəcək.

   Aşağıdakı proqram bu məsələni həll etmək üçün tərtib olunmuşdur. İstifadəçi məbləği daxil edir, proqram isə bu məbləğin ən az neçə ədəd əskinasla ödənə biləcəyini ekranda çapa verir.

Screen Shot 2018-12-04 at 23.20.28