Ahənq qanunu

   Bildiyiniz kimi sözdə eynicinsli saitlərin bir-birini izləməsi ahəng qanunu adlanır. Ahəng qanunu dilimizin əsas fonetik qanunudur.

Speak

   Ahəng qanunu, əsasən, saitlərin ahəngi üzrə qurulur. Saitlərin ahəngi iki cür olur:

  1. İncə saitlərin ahəngi;
  2. Qalın saitlərin ahəngi.

   Qalın saitlərin qalın, incə saitlərin incə saitləri izləməsinə damaq ahəngi deyilir. Dodaqlanan və dodaqlanmayan saitlər də qalın və ya incə olmaqla götürülür, yəni burada saitin yalnız qalın və ya incəliyi əsas sayılır. İncə saitlərin bir-birini izləməsi: üfüq, mənzərə, dünən, sədəqə, dəmir və s. Qalın saitlərin bir-birini izləməsi: adamlar, nağıl, uzaq, onlar, uzaqlarda və s. 

   Aşağıdakı proqram daxil edilmiş sözün ahəng qanununa tabe olub olmadığını müəyyən edir.

Screen Shot 2018-12-09 at 18.49.14

Rum rəqəmləri

   Bildiyiniz kimi qədim romalılar mövqesiz say sistemindən istifadə edirdilər. Rum rəqəmləri müəyyən simvollarla təsvir olunur. Natural ədədlər bu simvolları təkrarlamaqla yazılır. Əgər böyük rəqəm kiçikdən öndə gəlirsə onlar toplanılır, əks halda çıxılır. Bu qayda eyni simvolu dörd dəfə təkrarlamamaq üçün tətbiq olunur.

222618850_88a30fe379_b

   Hazırda rum rəqəmləri əsasən nömrərlənmiş siyahılarda, siferblatlarda, tarixlərin və s. yazılmasında istifadə olunur.

   Aşağıdakı proqram rum rəqəmləri ilə verilmiş ədədləri ərəb rəqəmləri ilə olan yazılışa çevirir.

Screen Shot 2018-12-09 at 00.32.41