Üçüz qardaşlar

   Əli, Vəli və Pirvəli üçüz qardaşlardır. Onları hər zaman bir yerdə görmək mümkündür. Qardaşları tanıyan hər kəs onları bir-biri ilə səhv salır. Hətta məktəbdə də müəllimlər üçüzləri görəndə kimin kim olduğunu ayırd edə bilmirlər, və bu da qarışıqlığa səbəb olur. Müəllimlər belə qərara gəlirlər ki, üçüzləri ilk dərsdən üçünü də bir parta arxasında Əli, Vəli və Pirvəli şəklindəki ardıcıllıqla soldan sağa doğru otuzdursunlar. Belə oturan qardaşları ad ardıcıllığına görə yadda saxlamaq da asan olacaq. 

2016_07_Memphis_JulyCoverComp_v04-tripletlayers-inside

   Məktəbdə bu üçüzlərə dərs deyən bir də əkiz qardaşlar olan iki müəllim var: Riyaziyyat müəllimi Həsən və Fizika müəllimi Hüseyn. Həmin bu Həsən və Hüseyn müəllimlər özləri də əkiz olduqlarına görə üçüz qardaşları gözüyumulu tanıya bilirlər. Həm də Əli, Vəli və Pirvəli riyaziyyat və fizikanı eyni dərəcədə çox yaxşı oxuduqlarına görə Həsən və Hüseyn müəllim üçün onların necə oturmasının bir o qədər də fərqi olmur. Bu Həsən və Hüseyn müəllimlər digər müəllimlərdən fərqli olaraq uşaqların dostu və çox baməzə müəllimlər olur. Əkiz müəllimlər öz aralarında sözləşib digər müəllimlərlə zarafat etmək qərarına gəlirlər. Belə ki, hər səhər 1-ci dərs başlamadan öncə Həsən müəllim üçüzlərin sinfinə daxil olur və sağdakı ilə ortadakı qardaşın yerini dəyişir. Hüseyn müəllim isə sonuncu dərs başlamadan öncə sinfə daxil olur və soldakı qardaş ilə ortadakı qardaşın yerini dəyişir. Hüseyn müəllim qardaşlara bərk-bərk tapşırır ki, onlar sabah da bu qayda ilə otursunlar. Beləliklə Həsən və Hüseyn müəllimlər qardaşların yerini necə dəyişirlərsə, onlar da gün boyu o qayda ilə otururlar. Bütün sinif də bu sirri öz aralarında möhkəm saxlayır.

   Əziz proqramçı dostlar! İndi Sizdən tələb olunan odur ki, k-cı günün sonunda qardaşların oturma ardıcıllığını müəyyənləşdirəsiniz.

Giriş veriləni: tək sətirdə günlərin sayı (k) verilir.

Çıxış veriləni: Çıxışa tək sətirdə qardaşların oturma ardıcıllığını təsvir edən (soldan sağa) Ə, V və P (aralarında boşluq olmamaqla baş hərflər) verilir.

Nümunə: giriş 5 olduqda çıxışa VPƏ gəlməlidir.

   Əvvəlcə proqramı özünüz tərtib etməyə çalışın. Alınmasa, aşağıda verilmiş həllə baxın və anlamağa çalışın.

Screen Shot 2018-12-06 at 01.09.32