Dəyişənlərin adlandırılması

   Bildiyiniz kimi, dəyişənlərdən proqramlaşdırmada geniş surətdə istifadə olunur. Proqramçı kimi bu dəyişənlərə ad verməkdə sərbəstsiniz. Lakin müəyyən tövsiyyələrə əməl edib bir neçə məhdudiyyətlərə də riayət etməlisiniz. 

Bunlar aşağıdakılardır:

  • Dəyişənlərə mənalı adlar vermək daha yaxşıdır; 
  • Dəyişənlərə ad verilərkən mütləq latın əlifbasının hərflərindən istifadə olunmalıdır;
  • Dəyişənlərin adları ixtiyari uzunluqda ola bilər, lakin qısa adlardan istifadə etmək məsləhətdir;
  • Dəyişənlərin adları rəqəm ilə başlaya bilməz, lakin ortada və sonda rəqəm istifadə oluna bilər; (məs. point1, p2p)
  • Dəyişənlərin adları  _ (altxətt) simvolu ilə başlaya bilər; (məs. _order)
  • Dəyişənlərin adları bir neçə sözdən ibarət ola bilməz, sözləri ayırmaq üçün _ (altxətt) simvolundan istifadə olunmalıdır; (məs. my_book, day_of_week və s.)
  • Dəyişənlərə ad verilərkən rezerv sözlərdən (proqramlaşdırma dilinin xüsusi təyinatlı sözləri) istifadə oluna bilməz;
  • Python proqramlaşdırma dilində dəyişənlərin adında böyük və kiçik hərflərin fərqi var (məs. msgMsg ayrı-ayrı dəyişənlər hesab olunur).

Olimpiada iştirakçılarının sayı

   Məlum olduğu kimi, qədim yunan alimi Pifaqor neçə şagirdinin olması sualına belə cavab vermişdi: “Şagirdlərimin yarısı riyaziyyatı öyrənir, dörddə biri təbiəti öyrənir, yeddidə biri vaxtını susub düşünməklə keçirir, qalan hissəsi isə 3 qızdır”.

1BNuFElBu8CE1z6O6

   Olimpiadanın məsul katibi “İnformatika üzrə olimpiadada neçə iştirakçı qeydiyyatdan keçib?” sualına Pifaqor kimi belə cavab verdi: “İştirakçıların k-cı hissəsi birinci, m-ci hissəsi ikinci, n-ci hissəsi isə üçüncü məsələni həll etməyə başlayıb. Eyni zamanda d sayda iştirakçı ”Nədən başlamalı?” problemini həll edir. Sizin vəzifəniz olimpiada iştirakçılarının s sayını müəyyənləşdirmək və ya məsul katib səhv edibsə, çıxışa -1 verməkdir.

Giriş verilənlərinin formatı

   Bir sətirdə aralarında boşluq simvolu olmaqla knmd (1 ≤ knmd ≤ 1000) ədədləri verilir.

Çıxış verilənlərinin formatı

   Çıxışa olimpiada iştirakçılarının s sayı və ya katib öz məlumatında səhv edibsə, 1 verilir.

Nümunə

2 4 7 3 

28

   Proqramı özünüz tərtib etməyə çalışın. Əgər alınmasa, aşağıdakı həll ilə tanış olun:

Screen Shot 2018-12-29 at 01.01.55

Mənbə: http://informatika.edu.az