İclasa gəlməyən deputatlar

   Laplandiya adlı ölkədə bəzi millət vəkilləri mütəmadi olaraq parlament iclaslarını buraxırdılar. Həmin deputatlar öz aralarında sövdələşir, hər dəfə bir neçəsi iclasa gəlmirdi. Onların bu davranışı bir iclas belə buraxmayan məsuliyyətli deputatlara pis təsir edirdi. Artıq məclis sədri də iclasa gəlməyən deputatların əlindən təngə gəlmişdi.

Members of the European Parliament take

   Günlərin bir günü məclis sədri iclası buraxan millət vəkillərini cəzalandırmaq qərarına gəlir. Lakin bunu etmək üçün ilk öncə iclasdan qaçan deputatları təsbit etməlidir. Parlamentin spikeri bu tapşırığı həll etməyi müavininə tapşırır. Müavin bir neçə gün bu haqda düşünür və belə bir həll yolu tapır. Məclisə seçilən deputatların sayının (n) bəlli olduğunu nəzərə alaraq müavin bu deputatları 1-dən n-ə qədər nömrələyir (1n daxil olmaqla). Beləliklə hər deputatın unikal nömrəsi olur və bu nömrə onlara verilən giriş kartında öz əksini tapır. Deputatlar parlamentə daxil olarkən öz kartlarını kart oxuyucudan keçirir və böyük ekranda onların nömrələri yan-yana düzülür. Qapılar bağlanıb sessiya başlandıqdan sonra isə ekranda olmayan nömrələrə görə hansı deputatın iclasa gəlmədiyi anlaşılır. Lakin bunu müəyyən etmək üçün çox zaman tələb olunur. Çünki parlamentə gələn deputatların nömrələri ardıcıl deyil, onların ixtiyari ardıcıllıqda iclas zalına daxil olmasıyla ekranda görsənir. Spikerin müavini gəlməyən deputatları təsbit etmə işini sürətləndirmək üçün proqramçı Familə müraciət edir.

   Proqramçı ondan tələb olunan proqramı yazır. Onun alqoritminə baxmadan öncə bu proqramı özünüz tərtib etməyə çalışın. Giriş verilənləri olaraq 1-ci sətirdə deputatların ümumi sayı, 2-ci sətirdə isə parlament iclasında iştirak edənlərin nömrələri verilmişdir.

   Giriş verilənlərinə nümunə:

10
4 3 10 6 8 2 9

   Çıxış verilənlərinə nümunə:

1 5 7 

   Bu da Familin proqramı:

Screen Shot 2018-12-17 at 22.28.16